Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Rumıniya ilə heç-heçə etdi

Millimiz Rumıniya ilə heç-heçə etdi

Tarix: 15 Dekabr 2023 22:04

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yığma V turda Rumıniya ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə keçib. Komandamız rəqibin müqavimətini ilk yarının sonlarında qıra bilib. Rafael Vilela 18 və 19-cu dəqiqələrdə ardıcıl iki qola imza atıb.

Qonaqlar fasildən dərhal sonra bu toplardan birinin əvəzini çıxıblar. 22-ci dəqiqədə Dariuş Nastai fərqlənib. Buna baxmayaraq, Vilela 25-ci dəqiqədə het-trikini rəsmiləşdirib. Lakin rumınlar üç dəqiqə sonra Andor Balintin qolu sayəsində yenidən fərqi minimuma endiriblər. 32-ci dəqiqədə Daniel Arauxo penalti zərbəsi ilə status-kvonu bərpa etsə də, cəmi 20 saniyə sonra millimiz yenidən önə keçib. Bu dəfə Tofiq Mikayılov adını tabloya yazdırıb.

34-cü dəqiqədə Amir Şojaei səhnəyə çıxdı. O, əvvəlcə rəqibin qapısına yol tapdı, bir neçə saniyə sonra isə avtoqolla yadda qaldı. Qonaqların heyətində Yonut-Andrey Nemitanu 36-cı dəqiqədə komandasının hücumunu məntiqi sonluğa çatdırıb.

Komandaların son dəqiqələrdəki cəhdləri heç bir nəticə vermədiyindən, qarşılaşma 5:5 hesabı ilə yekunlaşıb. Bununla həm Azərbaycan, həm də Rumıniya qrupda xallarının sayını 4-ə çatdırıblar.

Qrupun digər oyununda ötən gün Qazaxıstan Niderlanda 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, son turun matçları dekabrın 20-də keçiriləcək. Həmin gün Azərbaycan Niderlandın, Qazaxıstan isə Rumıniyanın qonağı olacaq.

Milli.Az


Etiketlər:  Millimiz Rumıniya ilə heç heçə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ