Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2025 21:20
Misli Premyer Liqasının VIII turunda "Qarabağ" "Turan Tovuz"u məğlub edib.
Sonxeber.net xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
"Turan Tovuz"dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. "Qarabağ"ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Turan Tovuz" isə 15 xalla ikincidir.
Qeyd edək ki, turun bu gün baş tutan "Şamaxı" - "Kəpəz" matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.