Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AB-dən Rusiyaya qarşı 12-ci sanksiya paketi

AB-dən Rusiyaya qarşı 12-ci sanksiya paketi

Tarix: 16 Dekabr 2023 08:30

Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.

Sanksiyalar paketini sonuncu təsdiqləyən ölkə "Raiffeisen Bank"ı Ukraynanın qara siyahısından çıxarmağa çalışan Avstriya olub.

Yeni paket Rusiya neftinə qoyulan məhdudiyyətlərlə bağlı sənədlərin tələblərini sərtləşdirir. Həmçinin yeni paketə Rusiyanın qeyri-sənaye almazlarının idxalına qadağa da daxildir.

Qeyd edək ki, əvvəllər analoji məhdudiyyətlər G7 ölkələri tərəfindən qəbul edilmişdi.


Etiketlər:  dən Rusiyaya qarşı sanksiya paketi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ