Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 02:03
Sağlamlıq üçün qida ilə bağlı ən təhlükəli miflər açıqlanıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə dietoloq Olqa Romaşina danışıb.
O, detoks və bədənin təmizlənməsi ilə məşğul olmamağa çağırıb.
"Heç birimiz hərtərəfli müayinə olmadan bədənimizdə nə baş verdiyini və onun nədənsə təmizlənməsinə ehtiyac olub-olmadığını bilmirik. Əslində, normal bir pəhriz ilə bu tələb olunmur. Orqanizmimiz təkbaşına bu işin öhdəsindən yaxşı gəlir", - deyə həkim bildirib.
Bundan əlavə, gündə 500-800 olan aşağı kalorili pəhrizlər sağlamlıq üçün böyük risk yaradır. Belə cüzi pəhriz daxili orqanlarda və sinir sistemində problemlər yarada bilər.
Mütəxəssis internetdə oxunan moda məsləhətlərinə əməl etməməyə çağırıb. Qlütensiz olmaq, aralıq oruc tutmaq və süd məhsullarından qaçmaq kimi miflər hər kəs üçün uyğun deyil.