Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şahzadə Qasim” ifadəsi kimə aiddir?

“Şahzadə Qasim” ifadəsi kimə aiddir?

Tarix: 17 Dekabr 2023 07:56

Bu ad altında mərsiyələrdə əsasən İmam Həsənin (ə) oğlu Qasim nəzərdə tutulur. Xalq təfəkküründə imamlar, xüsusilə ilk 3 imam "şah" ləqəbinə sahibdir, ona görə də onların övladlarını da bəzən şahzadə adlandırırlar. Unutmayaq ki, Qasim həm də irfanda və klassik ədəbiyyatda ərənlərin şahı (Şahi-mərdan) və vilayət şahı (Şahi-mərdan) adlandırılan İmam Əli ibn Əbutalibin (ə) nəvəsidir.
Mərsiyələrdə imamzadə Qasimlə bağlı bəzi motivlərə sıx işarə edilir. Məlumdur ki, Qasim İmam Hüseynin (ə) Kufəyə səfəri zamanı yeniyetmə yaşlarında olmuş, Aşura günündə israrla döyüş meydanına çıxmağı xahiş etmiş və şücaətlə döyüşərək şəhadətə yetmişdir. Onun yeniyetmə yaşında şəhid olması mərsiyələrdə xüsusi qabardılır. Həmçinin, qeyri-mötəbər məlumatlara görə, Kufə yolunda ikən İmam Hüseyn (ə) öz qızının kəbinini Qasimə kəsmiş, hətta mərsiyə və rovzələrdə deyildiyinə görə Aşura gecəsində onların toyunu təşkil etmişdir. Bu səbəbdən xalq ənənəsində məhərrəmlik günlərində toy otağını simvolizə edən "Qasim otağı" bəzədilir və orada mərsiyə deyilir. Bir daha qeyd edirik ki, Qasimin Aşurada şəhadətə çatması qəti həqiqət olsa da, onun toyu ilə bağlı yazılanların və bununla bağlı yaranmış bəzi məhərrəmlik elementlərinin tarixi və məntiqi əsası yoxdur.


Etiketlər:  Şahzadə Qasim ifadəsi kimə aiddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ