Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin bu sahədə rekorda imza atdı

Çin bu sahədə rekorda imza atdı

Tarix: 17 Dekabr 2023 12:48

Çin noyabrda 2 milyon 935 min avtomobil satışı ilə dünya lideri olaraq qalır. Ümumilikdə, payızın son ayı ərzində dünya üzrə 8 milyon 031 min minik avtomobili və yüngül ticari avtomobil satılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə LMC Automotive konsaltinq şirkəti məlumat yayıb.

ABŞ-da noyabrda 1 milyon 227 min, Qərbi Avropanın avtomobil bazarlarında 1 milyon 105 min, Şərqi Avropa ölkələrində 359,1 min, Cənubi Amerikada isə 235,4 min avtomobil satılıb.

Dünyanın ən böyük avtomobil bazarları arasında Yaponiya (408,1 min ədəd), Koreya (157,6 min ədəd) və Kanada (137,7 min ədəd) xüsusi qeyd olunmalıdır.

Milli.Az


Etiketlər:  Çin sahədə rekorda imza atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ