Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail ordusunun itkiləri 450 əsgəri ötdü

İsrail ordusunun itkiləri 450 əsgəri ötdü

Tarix: 17 Dekabr 2023 13:06

Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı 450-ni ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat verib.

Belə ki, son 24 saat ərzində iki israilli hərbçi - çavuş Cozef Avner Doran və çavuş mayor Şalev Zaltsman həlak olub. İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan əsgərlərin sayı 121-ə çatıb.

Eyni zamanda, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsinin başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 450-ni keçib.

Milli.Az


Etiketlər:  İsrail ordusunun itkiləri 450 əsgəri ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ