Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda Azərbaycan dilində olan məşhur kanal bağlandı

İranda Azərbaycan dilində olan məşhur kanal bağlandı

Tarix: 17 Dekabr 2023 14:04

İranda Azərbaycan dili və ədəbiyyatı barədə paylaşımlar edən və əsasən Azərbaycan dilində uşaq ədəbiyyatının təbliği ilə məşğul olan "Kəpənəklər" sosial media kanalı hakimiyyət tərəfindən bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, 13 mindən çox üzvü olan "Kəpənəklər" kanalında Azərbaycan dilində paylaşılan və mövcud olan materiallar silinərək səhifədə "Biz hamımız iranlıyıq" yazılıb.

Eyni adda fəaliyyət göstərən və yalnız uşaqlara Azərbaycan dili və mədəniyyətinin öyrədilməsi ilə məşğul olan"Kəpənəklər" qrupunun da fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, kanal və qurum qanuni şəkildə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin yerli bölməsinin icazəsi ilə fəaliyyət göstərirdi.

Milli.Az


Etiketlər:  İranda Azərbaycan dilində olan məşhur kanal bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ