Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qida yaşlı insanlar üçün də çox faydalıdır

Bu qida yaşlı insanlar üçün də çox faydalıdır

Tarix: 18 Dekabr 2023 02:21

Xəyallarınızdakı bədən quruluşunu formalaşdırmaq, gözəl, güclü və sağlam olmaq üçün təkcə çox məşq etmək deyil, həm də düzgün yemək lazımdır. Eyni zamanda, pəhrizinizə faydalı qida maddələrini, ilk növbədə isə zülal tərkibli qidaları əlavə etmək vacibdir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq Marina Sorokina Gazeta.ru-ya danışıb.

O, bildirib ki, kəsmik bir çox cəhətdən olduqca faydalıdır:

"Kəsmik əzələ kütləsini möhkəmləndirmək və fiziki fəaliyyət zamanı dözümlülüyü artırmaq üçün əvəzsiz köməkçiyə çevriləcək, hətta yaşlı insanlara da bədəni əla formada saxlamağa kömək edəcək. Bu süd məhsulunun tərkibində zülaldan başqa bir çox qiymətli maddələr də var. Bunlar kalsium, sink, B12, B5, B2 vitaminləridir. Kəsmikdə bağırsaqların düzgün işləməsi üçün vacib olan bir çox faydalı probiotik bakteriyalar var. Qidalı maddələr sayəsində kəsmik saçların uzanmasını aktivləşdirir, dırnaqları gücləndirir, mədə-bağırsaq traktının və qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdırır, həmçinin diş minasını gücləndirir", - diyetoloq yekunda vurğulayıb.

Milli.Az


Etiketlər:  Bu qida yaşlı insanlar üçün çox faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ