Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail terror törədir - Roma Papası

İsrail terror törədir - Roma Papası

Tarix: 18 Dekabr 2023 06:12

Roma Papası Fransisk Təl-Əvivin Qəzzada terror taktikalarından istifadə etdiyi, o cümlədən İsrail hərbçilərinin kilsə binasına sığınan iki xristian qadını öldürməsi xəbərindən təəssüfləndiyini bildirib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

"Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki şəxslər bomba və atışmaların hədəfindədir. Bu, hətta terrorçuların olmadığı, ailələrin, uşaqların, xəstələrin, əlillərin, rahibələrin olduğu kilsə kompleksində baş verib. Bəziləri deyəcək: "Bu, müharibədir, bu terrorizmdir". Bəli, bu müharibədir. Bu terrorizmdir",- o bildirib.

Milli.Az


Etiketlər:  İsrail terror törədir Roma Papası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ