Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müxalifətin mövsümi ''müttəfiqliyinin'' nəticəsi indidən bəllidir - Didişəcək, söyüşəcək və dağılışacaqlar

Müxalifətin mövsümi ''müttəfiqliyinin'' nəticəsi indidən bəllidir - Didişəcək, söyüşəcək və dağılışacaqlar

Tarix: 8 Noyabr 2019 10:57

Bakı. Elçin Mehdiyev - Trend:

Bu vaxta qədər türlü-türlü ittifaqlar yaradıblar. Hər dəfə də eyni şəkildə ayrıldıqlarına şahidlik etmişik - Didişə-didişə, şöyüşə-söyüşə dağıdıblar yaratdıqlarını. AXCP təmsilçiləri müsavatçıların, sonuncular da cəbhəçilərin ünvanına ən ağır ittihamlar səsləndiriblər. Uzağa getməyək, “Azadlıq” Blokundan dağılışanda da belə ediblər, İctimai Palatadan üzülüşəndə də...

Trend-in məlumatına görə, bunu media təmsilçisi Nicat Dağlar müxalifət liderləri və siyasətçilərin Müsavat partiyasında keçirdikləri dəyirmi masadan danışarkən deyib.

Onun sözlərinə görə, Müsavat "Milli Şura"dan uzaqlaşarkən də onlar ənənələrinə sadiq qaldılar: "Cəmiyyət bu iki partiyanın biabırçı ayrılma prosesini müşahidə etdi. Dünənə qədər çiyin-çiyinə dayanıb, “qardaşlıq” şarkıları oxuyanlar, bir göz qırpımındaca düşmənə çevrildilər. Həmin dönəmdə ittiham xarakterli xeyli açıqlamlar, bəyanatlar verilidi - qarşılıqlı şəkildə. İndi bu adamlar başqalarını mövqesizlikdə, xəyanətdə, hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər. Bir-birilərinin ünvanına demədikləri söz, dilə gətirmədikləri ittiham qalmayıb. 25 ildir ki, xəyanətkar "axtarışındadırlar". Bu deyir, "sən satdın", o biri deyir, "satqın özünsən...". Beləcə, gəlib çıxıblar bu günümüzə və yeni birlik modelləri axtarırlar. Nəticənin necə olacağını indidən deyə bilərik - Didişəcək, söyüşəcək və dağılışacaqlar".

N.Dağlar qeyd edib ki, müxalifətə yeni qoşulan korrupsioner, keçmiş məhbus Əli İnsanovdan isə ümümiyyətlə danışmağa dəyməz: "Ancaq onu deyə bilərəm ki, müxalifətçi bəylərə belə bir pisliyi heç kəs edə bilməzdi. Onsuz da cəmiyyətdən dəstək yoxdur, bir tərəfdən də mənfi reputasiyası olan, korrupsioner keçmişə malik, zəhər-zəhrimar tuluğu kimi tanınan 73 yaşlı Əli İnsanovdan mədət umub, daha betər aqibətə doğru yön alırlar... Ən yaxşı halda nəticə yenə belə olacaq - Didişəcək, söyüşəcək və dağılışacaqlar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müxalifətin mövsümi müttəfiqliyinin nəticəsi indidən bəllidir Didişəcək söyüşəcək dağılışacaqlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ