Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan musiqisinə görə restoran bağlandı

Azərbaycan musiqisinə görə restoran bağlandı

Tarix: 18 Dekabr 2023 10:32

Təbrizin Xosrovşah qəsəbəsində fəaliyyət göstərən restoran Azərbaycan musiqisi səsləndirildiyinə və məcburi hicab qaydalarını pozduğuna görə bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Təbrizin polis rəisi Yədulla Cahanara bildirib.

O, restoranda baş verənləri əxlaq və ictimai normaların pozuntusu kimi qələmə verib, bu səbəbdən iş yerinin fəaliyyətinə qadağa qoyulduğunu söyləyib.

Qeyd edək ki, cari ildə oxşar ittihamlara görə İranda 3 minə yaxın obyektin fəaliyyəti qadağan edilib.

Milli.Az


Etiketlər:  Azərbaycan musiqisinə görə restoran bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ