Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 19:14
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.
Qeyd edək ki, Putin seçkilərdə özünün namizədi kimi iştirak edir. Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında qanuna görə, bunun üçün o, azı 500 nəfərdən ibarət seçici qrupu yaratmalı idi ki, bu da həyata keçirilib. Bu qrupun iclası dekabrın 16-da keçirilib, iştirakçılar yekdilliklə Putini dəstəkləyiblər.