Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 11:32
Rusiya dekabrın 1-dən etibarən bərk buğdanın ixracına qadağa qoyub.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu qadağadan sonra sosial şəbəkələrdə çörəyin qiymətinin arta biləcəyi ilə bağlı paylaşımlar edilir.
Ekspertlər isə bildirir ki, bərk buğdadan qənnadı, makaron, vermişel, yarma və digər məhsullarda xammal kimi istifadə olunur.
Yəni çörəkdə istifadə edilmir.
İqtisadçı Xalid Kərimli bildirib ki, bərk buğdanın ən çox rol oynadığı makaron istehsalıdır ki, Azərbaycanda da bu sahədə yerli istehsal tələbin böyük bir hissəsini qarşılayır.
Xalid Kərimli qeyd edib ki, bərk buğda makaron və digər oxşar məhsullarıda əsas xammaldır. Bu səbəbdən də həmin məhsullarda qiymət artımı gözlənilsə də, cüzi olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: