Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 13:27
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.
Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "BBAK" bildiriblər. Saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.
Kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:
• 0-3 saat --- 1 AZN
• 3-6 saat --- 2 AzN
• 6-9 saat --- 3 AZN
• 9-12 saat --- 4 AZN
• 24 saat ---- 5 AZN
Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.
BBAK-dən bildirilib ki, sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin