Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Asyanın keçmiş əri: "48 saat çox ağır keçdi" - FOTO

Asyanın keçmiş əri:

Tarix: 19 Dekabr 2023 19:35

Bir neçə gün əvvəl sedativ yolla dişini çəkdirən və bu səbəbdən qəfil səhhəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilən bloger Asya Aslanovadan xəbər var.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, onun ayrıldığı həyat yoldaşı fotoqraf Fuad İsmayılov Asyanın son durumu barədə sosial şəbəkə hesabında açıqlama verib.

"İlk dəqiqələrdən mən və Asyanın anası Zəhra xanım birlikdə olmuşuq. İlk 48 saat ümumiyyətlə klinikadan ayrılmamışam. Baxıram ki, bəziləri düşünür ki, ümumiyyətlə gəlib- getmirəm. Bu məsələdə günahın kimdə olub-olmaması barədə hələki dəqiq sübut olmadığından kimsə barədə nəsə demək istəmirəm. Günah hər kimdə olsa da belə məqsədimiz məsələni böyütmək deyil, xəstəmizin sağlam ayağa qalxmasıdır. Başqa bir istəyimiz yoxdur. İlk 48 saat çox ağır keçdi. Asya bizi çox qorxurtdu. Şükürlər olsun artıq yaxşıdır. Yaranan xəstəlik "sepsis" artıq bitmək üzərədir. Qan dəyərləri də gətirdiyimiz ilk gündən bu günə kimi xeyli yaxşılaşıb", deyə o bildirib.

Milli.Az


Etiketlər:  Asyanın keçmiş əri 48 saat çox ağır keçdi FOTO


RƏYLƏR