Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 19:57
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə görüşü olub.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X" hesabında paylaşım edib.
"Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də, geniş spektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə - COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutudu", - səfir qeyd edib.