Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 21:00
Bir neçə gün əvvəl Bakıda keçirilən "Best Model of Azerbaijan 2023" model müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Birinci yerə Fatimə Nəzərli və Nurxan Xəlil layiq görülüb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, qalibləri "Elgiz izlə" ictimai-sosial verilişində müzakirəyə çıxarıblar.
Proqramda iştirak edən ekspertlər Nurxanın qalibiyyətini qəbul etsələr də, Fatimənin birincilik qazanmasına qarşı çıxıblar. Belə ki, Aydın Xan Əbilov F.Nəzərlinin üzündə, xüsusi ilə dodaqlarında etdirdiyi müdaxiləni vurğulayıb. O, bu cür model yarışmalarında təbii deyil, artıq süni gözəlliyə üstünlük verilməsini düzgün addım saymayıb.
"Xanımın dodağında kənar müdaxilə var. Yəni öz dodağı deyil. Gözəllik yarışmalarında buna qətiyyən icazə verilmir. Estetik və plastik müdaxilələr qətiyyən qəbul edilmir. Xahiş edirəm, məndən inciməyin".
Bu anda F.Nəzərli "Yarışma iştirakçılarının yarısının dodaqlarında dolğu var" sözlərini deyib.
Digər ekspert, şair və jurnalist Anar Vəziroğlu da estetik etdirən xanımın yarışmada birinci olmasına etiraz səsini ucaldıb:
"1990-cı illərdə seçilən Türkiyənin gözəllər gözəli Meltem Hakkanazın bir dənə də olsun üzündə estetik müdaxilə yox idi. Gözəllik müsabiqəsində yalnız təbii gözəlliyi olan xanım qalib gəlməlidir".
A.Vəziroğlunun aqressiv çıxışına Fatimə "Pulum var, özümə və gözəlliyimə xərcləyirəm. Siz Anar dayı, neçənci ildə yaşayırsınız ki, belə fikirlər səsləndirirsiniz. Biz 2023-cü ildə yaşayırıq.
Estetik müdaxilə olunmağımız normaldır" cavabını verib.
Verilişdə ekspertlər və xanım iştirakçı arasında yaşanan gərgin anları təqdim edirik: