Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jurnalist Jerar Depardyeni təcavüzdə ittiham etdi

Jurnalist Jerar Depardyeni təcavüzdə ittiham etdi

Tarix: 19 Dekabr 2023 21:10

İspan jurnalist Rut Basa fransız aktyor Jerar Depardyeni cinsi təcavüzdə ittiham edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti məlumat yayıb.

Jurnalist İspaniya polisi ilə əlaqə saxlayıb və 1995-ci ildə fransız aktyorun zorakılığının qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, Parisdə aktyordan müsahibə alanda onun 23 yaşı olub.

Bu, bu il aktyorla bağlı ilk qalmaqal deyil. Depardye qadınlara qarşı təhqiramiz ifadələr işlətdiyi üçün artıq Fransanın ən yüksək mükafatı olan "Fəxri Legion" ordenindən də məhrum edilib.

Milli.Az


Etiketlər:  Jurnalist Jerar Depardyeni təcavüzdə ittiham etdi


RƏYLƏR