Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klublar 2023-cü ildə agentlərə rekord məbləğ ödədi

Klublar 2023-cü ildə agentlərə rekord məbləğ ödədi

Tarix: 20 Dekabr 2023 04:46

2023-cü ildə agent xidmətlərinin ümumi xərcləri keçən il 623,2 milyon dollardan 888,1 milyon dollara yüksəlib.

Sonxeber.net lent.az-a istinadla bildirir ki, məbləğ tarixi rekorddur ki, bu da 2022-ci illə müqayisədə 42,5% çoxdur.

Siyahıda İngiltərə klubları lider olub (280 milyon dollar). İkinci yerdə klubları 115,7 milyon dollar ödədiyi İtaliyadır. Almaniya ilk üçlüyü 89 milyon dollarla tamamlayıb. Həmçinin Səudiyyə Ərəbistanı da (86 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

"Ən çox klub agenti Avropa klublarında çalışır ki, bu da onlara qlobal xərclərin əsas payını (86,6%) təşkil edir. Agentlərin cəlb olunduğu beynəlxalq transferlərin sayı il ərzində rekord həddə çatıb - 3353 razılaşma. Bu, bütün transferlərin 15,4%-i və 2022-ci illə müqayisədə 8,4% çoxdur", - deyə FİFA-nın hesabatında bildirilir.

Bu, həm də tarixdə ilk dəfə idi ki, qadınların peşəkar futbol klubları klub agentlərinə bir milyon dollardan çox pul xərcləyiblər. Ümumi xərcləri isə 1,4 milyon dollardan az olub.


Etiketlər:  Klublar 2023 ildə agentlərə rekord məbləğ ödədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ