Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəzafət və təmizlik

Nəzafət və təmizlik

Tarix: 20 Dekabr 2023 07:02

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən Allah pakdır və pak olanları da sevir."
2-İmam Rza (ə) buyurmuşdur: "Peyğəmbərlərin əxlaqından biri də paklıqdır."
3-İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) saçını darayır, çox vaxtlar onu su ilə düzəldir və buyururdu: Su mömini ətirli etmək üçün kifayətdir."
4-İmam Sadiq (ə) buyurmuşdur: "Saçı daramaq ruzini artırır, hacətin qəbul olunmasına səbəb olur və bəlğəmi aradan aparır."
5-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s) saqqalını aşağıdan yuxarı qırx dəfə, yuxarıdan aşağı isə yeddi dəfə darayır və buyururdu: Saçı daramaq insanın ağlını artırır."
6-İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: Dodaqlar aşkar olunana qədər bığın artıqlarını qırxmaq sünnədir."
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Atəşpərəstlər və zərdüştilər saqqalını qırxır, bığını uzadırlar, biz isə bığımızı qırxıb, saqqalımızı saxlayırıq."
8-İmam Sadiq (ə) buyurmuşdur: "Dırnaqları tutmaq mənim sünnəmdir."
Dırnaqları cümə axşamı, yaxud cümə günü tutmaq, eləcə də onları tutanda sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarmaq müsətəhəbdir.
9-İmam Sadiq (ə) buyurmuşdur: "Hər on beş gündən bir bədəndəkin artıq tükləri qırxmaq sünnədir."
10-İmam Sadiq (ə) buyurmuşdur: "Üç əməl peyğəmbərlərin əxlaqından sayılır: Ətir vurmaq, başın tükünü ülgüclə qırxmaq, bədənin tüklərini nurə ilə təmizləmək."
11-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s)-in ətirə verdiyi pul yeməyə (meyvəyə) xərclədiyi puldan çox idi." (O həzrətin istifadə etdiyi ətir müşk idi.)
12-İmam Əli (ə) buyurmuşdur: "Peyğəmbər (s) (hədiyyə olunan) ətir və halvanı geri qaytarmırdı."
13-Peyğəmbər (s) saçlarına yağ sürtməyi sevir və buyururdu: "Saça yağ sürtmək qəm-qüssəni aradan aparır."
14-Peyğəmbər (s)-in başı ağrıyanda qaşlarına və bığına yağ sürtərdi.
15-Peyğəmbər (s) yeddi şeyi torpağa basdırmağı göstəriş vermişdir: "1-Tükü. 2-Dırnağı. 3-Heyz qanına bulaşmış parçanı. 4-cifti. 5-Dişi. 6-Qanı. 7-Ələqəni (rüşeymin siqt olduğu zaman qadından gələn qanı)."
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Cəbrail mənə dedi: "Bir gündən bir özünə ətir vur, cümə günü isə ətir vurmağı tərk etmə."
17-İmam Kazım (ə) buyurmuşdur: "Bədənin on yerində təmizlik etmək lazımdır: Onun beşi başa, beşi də bədənə aiddir:
a) Baş hissəyə aid olan təmizlik: 1-Dişləri fırça ilə yumaq. 2-Bığın uclarını qısaltmaq. 3-Saçı yumaq. 4-Məzməzə (ağıza su alıb qar-qara) etmək. 5-İstinşaq etmək (buruna su alıb silmək).
b) Bədənə aid olan təmizlik: 1-Sünnət etmək. 2-Qarının aşağıdakı tükləri qırxmaq. 3-Qolutuqda bitən tükləri qırxmaq. 4-Dırnaqları tutmaq. 5-İstibra etmək."
18-İmam Sadiq (ə) buyurmuşdur: "Dişləri fırça ilə yumaq sünnədir və onun on bir xüsusiyyəti vardır:
a) Ağzı təmizləyir.
b) Göz işıqlandırır və ona nur verir.
v) Allahın razılığına səbəb olur.
q) Dişləri ağardır.
d) Ağızın pis qoxusunu aparır.
s) Dişlərin ətini möhkəmlədir.
h) İştahanı artırır.
x) Bəlğəmi aradan aparır.
ç) Zehni gücləndirir.
p) Savabları ikiqat artırır.
r) Mələklərin xoşhal olmasına səbəb olur."
19-Peyğəmbər (s) səfərə gedəndə, həmişə beş şeyi özü ilə aparardı: 1-Güzgü. 2-Sürmə. 3-Misvak. 4-Daraq. 5-(Namaz qılmaq üçün) Səccadə.
20-Peyğəmbər (s)-in paltarlarının çoxu ağrəngli idi. O həzrət belə buyururdu: "Ağ paltar geyinin, ölən şəxslərə də ağ kəfən geyindirin."
21-Ayaq yoluna gedəndə başı örtmək və istibra etmək müstəhəbdir.
22-İmam Kazim (ə) buyurmuşdur: "Cümə günündə başı sidrlə qarışmış su ilə yumaq sünnədir; bu, ruzini artırır, bədənin tükünü və dərisini gözəlləşdirir və baş ağrısının qarşısını alır."
23-İmam Sadiq (ə) buyurmuşdur: "Həcamət etmək (bədəndən qan almaq), bədənin tüklərini nurə ilə təmizləmək, (asqırmaq məqsədilə) burunotu iyləmək peyğəmbərlərin dərmanı idi."
24-İmam Əli (ə) buyurmuşdur: "Dişləri fırça ilə yumaq sünnədir, bu, Allahın razılığına səbəb olur və ağzı xoş iyli edir."
25-Həzrət Peyğəmbər (s) hər namaz üçün dəstəmaz alıb buyururdu: "Dəstəmaz nurdur, dəstəmazın üstündən dəstəmaz almaq nur üstündən əlavə nurdur."
26-İmam Əli (ə) bayramlarda qüsl etməyi Peyğəmbər (s)-in sünnəsinə əməl etmək və hacətlərin qəbul olunması üçün paklıq vəsiləsi hesab edirdi.
27-Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının axırlarında etikaf saxladığı günlərdə hər gecə şam və işa namazları arasında qusl verirdi.
28-İmam Əli (ə) həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Qüsl verəndə Cəbrail mənə barmağımda olan üzüyü hərəkət etdirməyi və göbəyimin içini yumağı göstəriş verdi."
29-İmam Əli (ə) buyurmuşdur: "Evlərin ən yaxşısı hamamdır; çünki orada cəhənnəm odu insanın yadına düşür və bədəni pak-pakizə olur."
30-Hər kəs bədəni örtülü halda hamama daxil olsa, Allah-taala onu öz örtüyü ilə örtər.
31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey Aişə! Paltarları yu; çünki paltar Allaha zikr deyir və çirkli olduqda, artıq zikr demir."
32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Paltarlarınızı yuyun, bədənizdəki artıq tükləri təmizləyin, dişlərinizi fırça ilə yuyun, paklıq və nəzafətə riayət edin. Çünki Bəni İsrail qövmünün kişiləri çirkli qiyafədə yaşayırdılar. Bu səbəbdən də onların arvadları ismət paltarlarını yırtıb zina edirdilər."
33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dişləri fırça ilə yumaq dəstəmazın bir hissəsi, dəstəmaz da imanın bir hissəsidir."
34-İmam Sadiq (ə) buyurmuşdur: "Ətirə nə qədər pul xərcləsəniz də, israf sayılmır."
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, Allah-taala ibadət edən pak insanı çox sevir."
36-İmam Əli (ə) buyurmuşdur: "Başqalarının əziyyətə düşməsinə səbəb olan bədən qoxusunu su ilə yuyub pak edin."
37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın ən pis bəndəsi çirkli şəxsdir."
38-İmam Əli (ə) buyurmuşdur: "Təmiz paltar qəm-qüssəni aradan aparır və namazın pak halda qılınmasına səbəb olur."
39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Cəbrail mənə misvak vurmaq haqqında o qədər tövsiyə etdi ki, onun vacib olmasını güman etdim."
40-İmam Sadiq (ə) dua edərək demişdir: "İlahi! Çirkinlikləri və aludəlikləri məndən uzaq et, bədənimi və qəlbimi pak-pakizə qərar ver."


Etiketlər:  Nəzafət təmizlik


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ