Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünən vəfat edən əsgərimizin FOTOsu

Dünən vəfat edən əsgərimizin FOTOsu

Tarix: 20 Dekabr 2023 10:34

Xəbər verdiyimiz kimi, dünən Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, o, "Qubadlı" Əlahiddə Sərhəd Diviziyasının əsgəri olub.

Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Qeyd edək ki, Qubadlıda vəfat edən əsgər Xəyal Həsrətov İsmayıllı rayonunun Tircan kəndindəndir.

Vəfat edən hərbçimizin fotosunu təqdim edirik:

Milli.Az


Etiketlər:  Dünən vəfat edən əsgərimizin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ