Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzaya humanitar yardım üçün əlavə 25 milyon avro ayırdılar

Qəzzaya humanitar yardım üçün əlavə 25 milyon avro ayırdılar

Tarix: 20 Dekabr 2023 22:32

Niderland Qəzza zolağında fələstinli mülki şəxslərə humanitar yardım üçün əlavə 25 milyon avro ayırır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Ceffri van Leuven Misirə səfəri zamanı danışıb.

"Qəzzada vəziyyət ağırdır və ehtiyaclar çox böyükdür. Mənim üç prioritetim var - tam humanitar yardım, Qəzza əhalisi üçün çox ehtiyac duyulan yanacaq daxil olmaqla, yardımın əhəmiyyətli dərəcədə artırılması və yardım işçilərinin təhlükəsizliyidir. Bu, hökumətin diqqət mərkəzindədir", - deyib.

Bildirilib ki, ayrılan vəsait qida, su, tibbi xidmət və yanacağa yönəldiləcək. 25 milyon avronun 15 milyon avrosu Qızıl Xaç Cəmiyyətinə, 10 milyon avrosu isə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Yaxın Şərq Agentliyinə ayrılacaq.

Milli.Az


Etiketlər:  Qəzzaya humanitar yardım üçün əlavə 25 milyon avro ayırdılar


RƏYLƏR