Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 23:12
Kollektiv Qərb Ermənistanla bağlı KTMT mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokundan olan deputat Anna Qriqoryan erməni mediasına deyib.
"Bütün baş verənlərə əsaslanaraq məntiqli sual səslənir: Paşinyan, əgər KTMT-nin iclaslarını boykot edirsənsə, şikayət edirsənsə, antirusiya ritorikası ilə məşğul olursan, onda niyə Təşkilatı tərk etmirsən?
Bu yaxınlarda avropalı parlamentarilərdən biri bizimlə görüş zamanı dedi: "Biz ona bu sualı verdik və cavab aldıq ki, ciddi geosiyasi mərkəzlər, yəni ABŞ deyir ki, hələlik KTMT-dən çıxmağa ehtiyac yoxdur", - Qriqoryan bildirib.