Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mariya Zaxarova nasistlərlə əməkdaşlıq edən şəxslərin bəzi ölkələrdə milli qəhrəman səviyyəsinə yüksəldilməsi barədə

Mariya Zaxarova nasistlərlə əməkdaşlıq edən şəxslərin bəzi ölkələrdə milli qəhrəman səviyyəsinə yüksəldilməsi barədə

Tarix: 8 Noyabr 2019 16:27

Bakı. Ləman Zeynalova - Trend:

Nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə ilə bağlı qətnamənin qəbul olunması xüsusi aktuallıq qazanır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnaməni şərh edərkən deyib.

M.Zaxarovanın sözlərinə görə, həmin qətnamə ilə bağlı səsvermənin nəticələri onu göstərir ki, Rusiya tərəfindən təqdim olunan təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi ənənəyə çevrilir:

“Qətnamənin qəbul olunması 2020-ci ildə İkinci dünya müharibəsində qələbənin 75-ci ildönümü ərəfəsində daha da aktuallıq qazanır. Bu vacib qətnamənin dəstəklənməsi aydın şəkildə təsdiqləyir ki, 1945-ci ildə əldə olunan qələbə BMT üzv dövlətlərinin birgə irsidir”.

M.Zaxarova qeyd edib ki, qətnamədə müxtəli faşizmlə mübarizə aparanlara qarşı davam edən müharibə və bunun son zamanlarda daha geniş vüsət almasından narahatlıq ifadə olunur:

“Bu sırada həm də nasistlərin tərəfində olanlara abidələrin açılması, adlarının küçələrə və məktəblərə verilməsi kimi addımlar da yer alır. Eyni zamanda İkinci dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən, hərbi və bəşəriyyətə qarşı cinayətlər törətmiş şəxslərin qəhrəman səviyyəsinə yüksəldilməsi ilə bağlı narahatlıq ifadə edilir”.


Etiketlər:  Mariya Zaxarova nasistlərlə əməkdaşlıq edən şəxslərin bəzi ölkələrdə milli qəhrəman səviyyəsinə yüksəldilməsi barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ