Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 22:26
Hər il Rusiyanın qərb sərhədləri yaxınlığında 40-a yaxın iri təlimlər keçirilir ki, onların da ssenariləri ölkəmizlə silahlı qarşıdurmaya əsaslanır. Getdikcə alyansa üzv olmayan dövlətlər onlara cəlb olunur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
"Eyni zamanda, Qərb yeni qaynar nöqtələr yaratmağa və Balkan yarımadası, Dnestryanı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstanda münaqişələri dəstəkləməyə çalışır", - Gerasimov bildirib.
O, eyni zamanda Suriyada vəziyyətin mürəkkəb olaraq qaldığını da söyləyib.