Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya Britaniyaya 155 mm-lik artilleriya sursatlarının ixracına başlamaq niyyətindədir

Yaponiya Britaniyaya 155 mm-lik artilleriya sursatlarının ixracına başlamaq niyyətindədir

Tarix: 22 Dekabr 2023 01:52

Yaponiya silah ixracı qaydalarını dəyişdirərək Böyük Britaniyanı artilleriya sursatları ilə təchiz etməyə başlaya bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniyanın "BAE Systems" şirkətinin lisenziyası əsasında Yaponiyada istehsal olunan 155 mm-lik mərmilər Birləşmiş Krallığın anbarlarında tükənmiş silah və sursat ehtiyatlarının doldurulması məsələsinin həllinə kömək edə bilər.

Qəzet yazır ki, Yaponiya hökuməti cari silah ixracı qaydalarının yumşaldılmasını cümə günü elan etməyi planlaşdırır. Amerika mətbuatının yazdığına görə, bu addım ilk növbədə ABŞ-a "Patriot" zenit-raket kompleksləri üçün sursat tədarükünü artıracaq.

Milli.Az


Etiketlər:  Yaponiya Britaniyaya 155 mm lik artilleriya sursatlarının ixracına başlamaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ