Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbuldakı Baş Konsulluğumuz vətəndaşlarımıza müraciət edib

İstanbuldakı Baş Konsulluğumuz vətəndaşlarımıza müraciət edib

Tarix: 22 Dekabr 2023 20:50

Ölkəmizin İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn növbədənkənar Prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb.

Baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd edilir:

"2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunun əhatə dairəsində daimi yaşayan, müvəqqəti olan və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, fəal seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 2023-cü il dekabrın 29-dək aşağıda qeyd olunmuş məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur:

1. Soyad, ad, ata adı;

2. Doğum tarixi (gün, ay, il);

3. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan".

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


Etiketlər:  İstanbuldakı Baş Konsulluğumuz vətəndaşlarımıza müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ