Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyalı ekspert: Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının nəticələri müsbət təəssürat oyadır

Braziliyalı ekspert: Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının nəticələri müsbət təəssürat oyadır

Tarix: 8 Noyabr 2019 19:48

Bakı. Nərgiz Sadıxova və Cani Babayeva - Trend:

Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının son beş ildə əldə etdiyi nəticələr müsbət təəssürat oyadır.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının eksperti, braziliaylı Katya Lemos deyib.

O bildirib ki, bu qədər qısa müddət ərzində bu cür təkmilləşən ikinci komanda tanımır:

“Azərbaycan komandası hələ gəncdir, amma onun keçdiyi inkişaf yolu heyrətləndirir. Fikrimcə, aerobika gimnastikası üzrə gələcək turnirlərdə komanda daha yaxşı nəticələr əldə edəcək”.

Bakıda keçirilən məşqçilik kurslarından danışan Katya Lemos peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb:

“Bakıda kursların təşkili yüksək səviyyədə olur. Bu, mənim Azərbaycana ikinci səfərimdir, 2017-ci ildə ilk dəfə səfər etmişdim və bu müddət sizin şəhərə aşiq oldum”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Braziliyalı ekspert Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının nəticələri müsbət təəssürat oyadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ