Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: Bu terrorçulara baha başa gəldi

Ərdoğan: Bu terrorçulara baha başa gəldi

Tarix: 23 Dekabr 2023 16:36

İraqın şimalında şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin qanı yerdə qalmadı.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də "Yüz ilin dəyişimi İstanbul" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi: "İndiyədək 12 terrorçu məhv edilib. Sərhədlərimizdə terrorçu qruplaşmanın olmasına icazə verməyəcəyik. Bütün imperialist güclər bunu bilməlidir".

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

Milli.Az


Etiketlər:  Ərdoğan Bu terrorçulara baha başa gəldi


RƏYLƏR