Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 00:26
Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett X sosial şəbəkəsindəki səhifəsində yazıb.
O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.
Bennett bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında "qidalandırır":
"Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməməsi üçün İsraili dəstəkləməlidir".