Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 07:22
Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibəni davam etdirmək və mümkün səfərbərlik qərarından olduqca narahatam.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
O, Ukraynada başlıca problemləri - büdcədə maliyyə çatışmazlığı, qrivnanın devalvasiyası, inflyasiya, cəbhədə uğurun olmaması və böyük itkiləri sadalayıb.
Eyni zamanda o, Kiyevin Qərb ölkələrinin köməyi olmadan da hərbi əməliyyatları davam etdirməyi planlaşdırdığına işarə edib:
"Bütün hadisələr Ukraynada vətəndaş müharibəsinin başlanmasına təsir edəcək. Hələ də pul yoxdur, devalvasiya və inflyasiya var, bu, talon sisteminə gətirib çıxaracaq. Cəbhədə böyük itkilər var, amma gülən və vəziyyəti dərk etmək qabiliyyətini itirmiş rəhbərlik var".