Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 07:26
Xəbər verdiyimiz kimi, 1990-cı illərin əvvəllərində Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışan Vladimir Putinin vizit kartı satışa çıxarılıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya liderinə məxsus olan vizit kartı Sankt-Peterburqda elektron hərracda iki milyon rubla satılıb.
Maraqlıdır ki, onun üzərində bir neçə telefon nömrəsi Putinin əlyazması ilə yazılıb.
Vizit kartının başlanğıc qiyməti min rubl təyin edilib. Ticarət başlamazdan beş saat əvvəl maksimum təklif 200 min rubla çatıb. Nəticədə Putinin vizit kartı iki milyon rubla alınıb.
Hərrac saytında hərracın qalibi haqqında məlumat verilmədiyindən alıcısının dəqiq kim olduğu məlum deyil.