Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi seçildi

Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi seçildi

Tarix: 25 Dekabr 2023 07:38

"Fox News" ABŞ prezidenti Co Baydeni 2023-cü ilin ən uğursuz siyasətçiləri siyahısına daxil edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, amerikalıları Baydenin yaşı və vitse-prezident olduğu zaman korrupsiyada əli olması ilə bağlı yaranan sualların cavabları maraqlandırır.

"ABŞ ordusunun 80 yaşlı baş komandanı bu il mümkün impiçment təhqiqatı ilə üzləşib və seçicilər arasında aşağı reytinqlərlə mübarizəni davam etdirir", - məlumatda qeyd olunub.

Baydenlə yanaşı, uğursuz siyasətçilərin siyahısına 2023-cü ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılan Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti, fırıldaqçılıqda ittiham olunan konqresmen Corc Santos və Virciniya qubernatoru Qlenn Yanqkin də var.

Milli.Az


Etiketlər:  Bayden 2023 ilin ən uğursuz siyasətçisi seçildi


RƏYLƏR