Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada uşaqların 80 faizi acdır

Qəzzada uşaqların 80 faizi acdır

Tarix: 25 Dekabr 2023 15:30

Qəzza zolağında yaşı 5-dən az olan 10 mindən çox uşaq yaxın həftələrdə həyati təhlükəsi olan qida çatışmazlığından əziyyət çəkəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Qeyd olunub ki, Qəzzada azyaşlı uşaqların 80%-dən çoxu kəskin qida çatışmazlığından əziyyət çəkir. Beş yaşa qədər 335 min uşaq qida çatışmazlığı riski altındadır.

UNICEF həmçinin 155 mindən çox hamilə və laktasiya edən qadının, eləcə də iki yaşa qədər 135 min uşağın qidalanmasından narahatdır. Fond qeyd edib ki, xəstəxanaların üçdə ikisindən çoxu yanacaq, su və həyati vacib dərman çatışmazlığı səbəbindən fəaliyyət göstərmir.

Milli.Az


Etiketlər:  Qəzzada uşaqların 80 faizi acdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ