Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2019 10:48
Bakı. İlhamə İsabalayeva – Trend:
Nazirlər Kabineti “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və
nümunəsinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Trend-in məlumatına görə, qərarla “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında”ın 1.4-cü bəndi yeni redaksiyada verilib.
Yeni dəyişikliyə əsasən, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.
Qərarın bundan əvvəlki variantınad qeyd edilmişdi ki, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin