Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlər Kabineti Dövlət Gerbi ilə bağlı yeni qayda təsdiq etdi

Nazirlər Kabineti Dövlət Gerbi ilə bağlı yeni qayda təsdiq etdi

Tarix: 9 Noyabr 2019 10:52

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydasını təsdiq edib.

Trend-in məlumatına görə, bu qaydaya əsasən, Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycanın 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.

Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir. Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.

Dövlət Gerbi hazırlanan zaman təhrifə yol verilməməsi məqsədilə alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun “Pantone Red 032C” rəng koduna, palıd budaqlarının yaşıl rənginin “Pantone 7729C” rəng koduna, sünbüllərin sarı rənginin “Pantone 7548C” rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin “Pantone 111C” rəng koduna uyğunluğu təmin edilir.

Dövlət Gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda və Azərbaycan Respublikasının bütün məhkəmələrinin iclas salonunda sədrlik edənin arxasında divardan vurulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazirlər Kabineti Dövlət Gerbi ilə bağlı yeni qayda təsdiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ