Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 10:06
Terrorçularla eyni dili bölüşənlər terrorçu kimi rəftardan xilas ola bilməzlər.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mehmet Akif Ersoyun anım tədbirində çıxışı zamanı deyib.
"Biz millətin nümayəndəsi olmaq əvəzinə separatçı təşkilatın siyasi uzantısı kimi çıxış edənləri qəbul etmirik. Onlar öz azad iradələri olmayan siyasi kuklalardır." - deyə o qeyd edib.
Xatırladaq ki, 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olub.
Hücumun ardından Türkiyə Silahlı Qüvvələri İraqın Şimalına hava əməliyyatı keçirərək terrorçu qüvvələri məhv edib.