Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael Varan “Mançester Yunayted”i tərk edir

Rafael Varan “Mançester Yunayted”i tərk edir

Tarix: 26 Dekabr 2023 13:46

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Rafael Varan mankunianları tərk etmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, fransalı karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək niyyətindədir. Bu, Varanın oyun müddətinin çoxluğundan narazı qaldığı üçün vəziyyəti dəyişmək qərarına gəlməsi ilə bağlıdır.

30 yaşlı fransız bu mövsüm "Yunayted"in heyətində 14 oyuna çıxıb və bir qol vurub. Daha əvvəl "Real Madrid" rəhbərliyinin "Mançester Yunayted"in müdafiəçisini almaqda maraqlı olmadığı bildirilirdi.

Xatırlayaq ki, Varan 10 il - 2011-ci ildən 2021-ci ilə qədər "Real Madrid"in oyunçusu olub. Bu müddət ərzində fransalı müdafiəçi bütün turnirlərdə 360 matçda meydana çıxıb, 17 qol vurub və 7 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Rafael Varan Mançester Yunaytedi tərk edir


RƏYLƏR