Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kökəlmək istəmirsinizsə, bayram süfrəsində mayonezi bununla əvəz edin

Kökəlmək istəmirsinizsə, bayram süfrəsində mayonezi bununla əvəz edin

Tarix: 27 Dekabr 2023 06:15

Ənənəvi Yeni il menyumuz sağlam qidalanma prinsiplərinə o qədər də uyğun gəlmir. Bu, xüsusilə sevimli salatlarınız və qəlyanaltılarınız üçün keçərlidir. Oliviye ilə şuba salatı və digər yeməklər həddindən artıq yağ tərkibinə görə kifayət qədər ağır və yüksək kalorilidir. Bundan əlavə, mağazadan alınan mayonezlərin əksəriyyətində zərərli maddələr var: müxtəlif konservantlar, dad artırıcılar və emulqatorlu mastiklər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri farmakoloq və Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin terapiya kafedrasının dosenti Konstantin Usov Gazeta.ru-ya müsahibəsində deyib. O bildirib ki, evdə hazırlanmış az yağlı ət, qırmızı kürü və balıqdan hazırlanmış yeməklər, yağsız toyuq, hinduşka, mal əti, qaynadılmış kartof Yeni il yeməkləri üçün daha faydalıdır. Farmakoloq Yeni il yeməklərinin hazırlanması reseptini bir az dəyişdirməyi, onları daha faydalı hazırlamağı tövsiyə edib:

"Məsələn, mağazadan alınmış mayonezi evdə hazırlanmış mayonezlə əvəz edin, soya mayonezi ilə yüngül vegetarian Oliviye salatı hazırlayın, avokadodan istifadə edin. Mayonezi az yağlı xama ilə bərabər nisbətdə qarışdıraraq salatın kalori və yağ tərkibini azaldın. Və ya adi salatları şəkərsiz kənd qatığı və pesto sousu ilə qarışdırın.

Siyənək balığı ilə hazırlanan şuba salatını, Norveç salatına dəyişə bilərsiniz. Adi yerkökü əvəzinə bir alma və turşu xiyar əlavə edin, mayonez əvəzinə isə bitki yağı və limon qatın. Qəlyanaltı kimi, ton balığı ilə doldurulmuş yumurta edə bilərsiniz. Adi yüksək kalorili yeməklər əvəzinə, sobada tərəvəz bişirin, qızılbalıq və hinduşka filesindən kotletlər hazırlayın".

O, şirin tortları isə sufle və ya jele desertlər, həmçinin evdə hazırlanmış dondurma ilə əvəz etməyi tövsiyə edib.

Milli.Az


Etiketlər:  Kökəlmək istəmirsinizsə bayram süfrəsində mayonezi bununla əvəz edin


RƏYLƏR