Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 9 yaşlı oğlan və 16 yaşlı qız itkin düşdü

Bakıda 9 yaşlı oğlan və 16 yaşlı qız itkin düşdü

Tarix: 27 Dekabr 2023 10:28

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 2 nəfərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəsəbə sakini İ.Həsənova 4-cü Polis Şöbəsində müraciət edərək onunla birgə yaşayan qardaşı qızı, 16 yaşlı A.nın evdən çıxaraq getdiyini və geri qayıtmadığını bildirib.

Bundan başqa, Rəsulzadə qəsəbə sakini olan T.Bəkirov da dünən 7-ci Polis Bölməsinə müraciət edərək 9 yaşlı oğlunun dekabrın 25-də axşam saat 22 radələrindən itkin düşməsi barədə məlumat verib.

Hər iki müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.

Milli.Az


Etiketlər:  Bakıda 9 yaşlı oğlan 16 yaşlı qız itkin düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ