Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir Aynişan üçün oxudu - VİDEO

Nadir Aynişan üçün oxudu - VİDEO

Tarix: 27 Dekabr 2023 19:35

Tanınmış ifaçı Nadir Rüstəmli influenser Aynişan Quliyeva üçün "Aşk təsadüfləri sevər" filminin "Nefes Bile Almadan" mahnısını səsləndirib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Aynişan Quliyeva, Nadir Rüstəmli, Nigar Camal, Eldar Qasımov, aparıcı Nərmin Knyaz ötən gün dostlarının Yeni İl münasibətiylə evdə keçirdiyi qonaqlıqda iştirak ediblər. Bir çox məşhurun olduğu gecə unudulmaz anlarla yadda qalıb. Belə ki, Nadir Rüstəmli qonaqlıqda ifa etdiyi "Nefes Bile Almadan" mahnısını instaqramda paylaşaraq "Aynişan istədi, mən də oxudum" sözlərini yazıb.

Daha sonra Aynişan Nadirlə Halil Sezainin "Üsyan" kompozisiyasını duet oxuyub. Bu kadrlara isə Nadir "Sonra da özü oxudu" sözlərini qeyd edərək paylaşıb. Onların ifası sosial mediada maraqla qarşılanıb.


Etiketlər:  Nadir Aynişan üçün oxudu VİDEO


RƏYLƏR