Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İtini-küçüyünü üstümə göndərmə, illərlə bir yastığa baş qoymuşuq...” - Elnarədən üsyan

''İtini-küçüyünü üstümə göndərmə, illərlə bir yastığa baş qoymuşuq...” - Elnarədən üsyan

Tarix: 28 Dekabr 2023 15:40

"A kukla, bir mənə bax görüm... Sənə bir Quran söz yazdım axı, dedim az fısqırt köpəkləri üstümə, yazdım axı çaqqal aslana heç nə edə bilməz. Uzağı əl-ayağıma dolaşacaq bir az, "paşol" deyən kimi də zingildəyə-zingildəyə çıxdığı dəliyinə girəcək. Axı biz sənlə tonla çörək kəsmişik, bir yastığa baş qoymuşuq". 

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb. O, ad çəkmədən həmkarlarından birini "yıxıb-sürüyüb". 

Sosial şəbəkə hesabında "Kukla" musiqisini paylaşan müğənni həmkarına sərt xəbərdarlıq edib:

"Məni it - küçüyə niyə rəva görürsən. Gəl, sənlə aslanlar kimi vuruşaq. Onsuz da bu mübarizə Xeyir və Şərin mübarizəsidir. 

Sonda da Xeyir qalib gələcək. Sadəcə, nahaq yerə yorursan da özünü, ancaq Allah şahidim olsun, bu savaşı mən başlatmadım. Ancaq mən bitirəcəyəm. Allahın köməyi ilə itli-küçüklü hər birinizi tək-tək bitirəcəm. Bu savaş haqq savaşıdır. Haqqın yanında olmaq istəyənlər cərgəmdə düzülə bilərlər. Ancaq şeytana qulluq edənlər sənlə qalsın. "Duxun" çatmır da özün savaşasan, nə etməli... Hələ ki, köpəklərinin arxasında gizlənmisən. Ancaq səni Allahın köməyi ilə açığa çıxartmaq mənə borc olsun, a kukla! Sevirəm də səni. Sevirəm yazanda da daş düşür başına, bilmirəm sənlə necə davranım. Sevirəm vay, sevmirəm vay. Sadəcə yazıram xəbərin olsun, geriyə sayım başladı, çünki səni Allaha həvalə etmişəm. Nə qədər şeytanlarını üzərimə göndərsən də, nə qədər mənə mane olmağa çalışsan da, Allahın köməyi ilə bu haqq savaşında mən yenə də qalib gələcəyəm. Bəli, o həzm edə bilmədiyin ağlımla, savadımla, elmim və biliyimlə, 2 diplomumla, istedadım və qabiliyyətimlə, tələbələrimlə, ailəmlə mən hər zaman səndən bir addım öndə olacağam. Bacarırsan, indidən bunu qəbul elə, yox, əgər edə bilmirsənsə, səndən xahiş edirəm artıq dərəcədə, itini-küçüyünü çək üstümdən. Cəsarətin çatırsa, özün çıx qarşıma, kukla. Özün savaş. Mərdi mərdanə. Sənə bir az vaxt verəcəyəm "fora" üçün. Hər mən nə isə yazanda həftələrlə özünə gələ bilmirsən çünki". 

Onun bu paylaşımı izləyicilərinin marağına səbəb olub. Xəlilova ad çəkməsə də, bu "xəbərdarlığın" uzun illərdir qalmaqal yaşadığı Səidə Sultana aid olduğu iddia edilib. 


Etiketlər:  İtini küçüyünü üstümə göndərmə illərlə yastığa baş qoymuşuq Elnarədən üsyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ