Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konqoda güclü yağışlar 40 nəfərin ölümünə səbəb oldu

Konqoda güclü yağışlar 40 nəfərin ölümünə səbəb oldu

Tarix: 28 Dekabr 2023 22:00

Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətində güclü yağışlar nəticəsində azı 40 nəfər həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub, nəticədə əyalətin paytaxtı Bukavuda azı 20 nəfər həlak olub, vilayət paytaxtının cənub-qərbindəki Burhini kəndində də eyni sayda cəsəd aşkarlanıb.

2023-cü ilin may ayında Cənubi Kivu əyalətinin Kalehe ərazisində güclü yağışların səbəb olduğu daşqınlardan sonra zərər çəkmiş ərazilərdə ən azı 438 cəsəd tapılmışdı. Yerli hakimiyyət orqanları 5000-dən çox insanın itkin düşdüyünü təxmin edir.

Milli.Az


Etiketlər:  Konqoda güclü yağışlar 40 nəfərin ölümünə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ