Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 10:15
"Mənim adıma əgər kiminsə ehtiyacı varsa, yazsın. Kimsə adımla çörək pulu qazanırsa, haqqımda yazsın. Halal xoşu olsun. Aparsın uşağına çörək yedirtsin".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu "Elgizlə izlə" ictima-sosial verilişinin bayram efirində deyib.
Sənətçi onu açıq-saçıq səhnə imicinə görə, tənqid edənlərə özünəməxsus şəkildə cavab verib:
"Sənətkar böyük ağacdır o isə bar, meyvə verir. O meyvəni biri nəvazişlə dərəcək, digəri isə qopardacaq. Hətta daş atanlarda, iynəyənlər də olacaq. Deyirlər ki, ağac nə qədər bar verirsə, başını aşağa salır. Amma bunu şou-biznesə aid etmək olmaz. Şou-biznesdə baş əymək olmaz. Dik duracaqsan, meyvələrin olacaq".