Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 02:02
Allah-Taalanın yaratdığı məxluqat növlərindən olan bütün mələklər şərəfli və möhtərəmdirlər, günahsəz və məsumdurlar, Allagın əmr etdiyi müəyyən vəzifələri yerinə yetirirlər. Lakin digər məxluqlar kimi mələklər də təbəqələrə bölünüb. Allaha ən yaxın olan 4 mələk dini mətnlərdə "müqərrəb", yəni yaxın mələklər olaraq xatırlanır. Bunlar digər mələklərin içindən seçilmişlər, birbaşa Allahdan əmr alırlar. Bunların hər birinə fərqli vəzifələr tapşırılmışdır. Cənab Cəbrail vəhy mələyidir, Allahın vəhyini peyğəmbərlərə ötürmək onun öhdəsindədir. Cənab Mikail dünyada baş verən fiziki prosesləri idarə edir. Cənab Əzrail əcəli çatmış hər şəxsin ruhunu təslim alır, bu işdə ona tabeçiliyində olan mələklər yardım edirlər. Cənab İsrafil isə qiyamət günündə öz missiyasını yerinə yetirəcək, sur adlı simvolik şeypura üfürməklə dünyanın sonunun çatdığını və qiyamət gününün başlandığını elan edəcək.