Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 09:12
Bayram yeməyindən sonra insanlar tez-tez bəzi xoşagəlməz hisslər yaşayırlar ki, bu da həddindən artıq yemək və ya spirt içmək səbəbindən baş verə bilir.
Sonxeber.net sfera.az-a istinadən bildirir ki, bayram günləri orqanizmdə şişkinlik, həzmsizlik, ürək bulanması, reflü, həmçinin qısamüddətli ishal ilə müşayiət oluna bilər. Bu cür simptomlar adətən bayram günlərində qida və ya spirtli içkilərin həddindən artıq istehlakı nəticəsində yaranır. Ancaq bayram yeməyindən sonra davam edən bəzi əlamətlər ciddi xəstəliklərin xəbərçisi də ola bilər.
Mədəaltı vəzin xərçəngi (Cancer Research)
Mütəxəssislər qeyd edirlər ki, tez-tez şişkinlik bu xəstəliyin əlaməti ola bilər. Mədəaltı vəzin şişi həzm problemlərinə, qarın boşluğunda qaz və mayenin yığılmasına səbəb ola bilər. Həkim Lisa Vudrou qeyd edir ki, yeməkdən sonra qarında ağrı və ya çırpınma hissi də bu vəziyyətlə əlaqələndirilə bilər.
Bayram günlərindən sonra müşahidə olunan bu simptomlar mədəaltı vəzi xərçənginin əlamətləri ola bilər:
şişkinlik;
mədədə "çırpınma" hissi;
"Qazlı" mədə;
həzm problemləri.
Yumurtalıq xərçəngi
Bu xəstəlik, mədəaltı vəzi xərçəngi kimi, qarında və ya bud arasında ağrı, iştahsızlıq və ya tez toxluq hissi, tez-tez sidiyə getmə kimi şişkinlik və digər simptomlara səbəb ola bilər.
Yumurtalıq xərçənginin 4 əsas əlaməti isə bunlardır:
şişkinlik;
Qarın mərkəzində qəfil şiddətli ağrı kəskin pankreatitin (mədəaltı vəzin iltihabı) əlaməti ola bilər. Bu vəziyyət mədəaltı vəzin zədələnməsi ilə xarakterizə olunur: böyrək çatışmazlığı və ağciyərin zədələnməsi də daxil olmaqla ciddi fəsadlara səbəb ola bilər.
Bayram yeməyindən sonra pankreatit bu əlamətlərlə özünü biruzə verə bilər:
qarın mərkəzində qəfil şiddətli ağrı;
ürəkbulanma və ya halsızlıq;
bədən temperaturunun 38 dərəcəyə qədər yüksəlməsi.
İrritablı bağırsaq sindromu (IBS)
Bu sindromun səbəbləri dəqiq müəyyən edilməmişdir, lakin alimlər mədə-bağırsaq infeksiyalarının, digər xəstəliklərlə əlaqəli iltihabın və ya antibiotiklər kimi müəyyən dərmanların qəbulunun pankreatitin baş vermə riskini artırdığını iddia edirlər.
(Qeyd edək ki, bu material məumat məqsədi daşıyır və sağlamlığınıza təsir edə biləcək məsləhətləri ehtiva etmir. Problemlərlə üzləşirsinizsə, mütəxəssisə müraciət edin).