Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Estoniya orduya bu qədər pul ayıracaq

Estoniya orduya bu qədər pul ayıracaq

Tarix: 31 Dekabr 2023 20:30

Estoniya Müdafiə Qüvvələrinin komandanı, general general Martin Herem ölkəsinin ümumi daxili məhsulunun (ÜDM) 3%-ni milli müdafiəyə sərf etmək niyyətində olduğunu bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Louna-Eesti Postimees" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, müdafiə büdcəsi 1,3 milyard avro təşkil edəcək:

"Bu məbləğin yarısı növbəti 4 il ərzində silah və sursatların alınmasına sərf olunacaq. 240 kilometrə qədər məsafədə fəaliyyət göstərmək üçün kifayət qədər imkanlarımız var. Bu bizi ölkəmizə hücum etmək istəyənlər üçün daha təhlükəli edir", - o bildirib.

Milli.Az


Etiketlər:  Estoniya orduya bu qədər pul ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ