Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə zəlzələlər fəsadlar törədib, onlarla evə ziyan dəyib - FOTOlar

Türkiyədə zəlzələlər fəsadlar törədib, onlarla evə ziyan dəyib - FOTOlar

Tarix: 1 Yanvar 2024 08:20

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən 3 ardıcıl zəlzələ nəticəsində 28 evdə çatlar yaranıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, 3.5, 4.4 və 4,5 maqnitudada zəlzələlər bir sıra fəsadlar törədib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən vətəndaşlara dəyən maddi zərərin hesablanması üzrə komissiya yaradılıb.

Qeyd edək ki, Türkiyədə 3 zəlzələ dünən qeydə alınıb. Yeraltı təkanların ocağı 2,52 km dərinlikdə yerləşib.

Milli.Az


Etiketlər:  Türkiyədə zəlzələlər fəsadlar törədib onlarla evə ziyan dəyib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ