Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2019 14:04
Bakı, Trend:
İran nüvə silahlarının yayılmaması müqaviləsindən(NPT) çıxmadığı haqqında açıqlama verib.
Trend-in məlumatına görə, bu barədə bazar günü İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.
"İran hakimiyyəti hələ də NPT-dən çıxmaq qərarına gəlməyib", - deyə ISNA onun sözlərini sitat gətirib.
Qeyd edək ki, şənbə günü "İRİB" yayım korporasiyası İranın Londondakı səfiri Həmid Bəidinejad Tehranın nüvə sazişinə son qoyulacağı təqdirdə NPT-dən çıxa biləcəyi ilə bağlı bir bəyanat yaydı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin